Milli Məclisin sədri Sahibə Qafarova ilə TBMM sədri Numan Kurtulmuş arasında telefon danışığı olub

   Milli Məclisin sədri Sahibə Qafarova ilə TBMM sədri Numan Kurtulmuş arasında telefon danışığı olub
  23 Aprel 2025    Oxunub:327
Aprelin 23-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında telefon danışığı olub.
AzVision.az Milli Məclisə istinadən xəbər verir ki, telefon danışığı zamanı Sahibə Qafarova Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb.

Numan Kurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

AzVision.az





Teqlər:





Xəbər lenti