Hindistan Pakistandakı səfirlik işçilərini ixtisar edir

Hindistan Pakistandakı səfirlik işçilərini ixtisar edir
  23 Aprel 2025    Oxunub:355
Hindistan Cammu və Kəşmir ərazisindəki terror aktından sonra Pakistanla sərhəddəki əsas "Atari" keçid məntəqəsini bağlayıb.
AzVision.az xəbər verir ki, bunu Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri keçirdiyi brifinqdə bildirib.

"Atari" sərhəd-keçid məntəqəsi dərhal bağlanacaq", - V.Misri deyib.

Onun sözlərinə görə, Hindistan hakimiyyəti insidentdən sonra İslamabaddakı səfirliyi və Pakistanın Yeni Dehlidəki diplomatik missiyasının işçilərinin sayını demək olar ki, iki dəfə azaldır: "Səfirliklərin ümumi sayı 2025-ci il mayın 1-nə qədər həyata keçirilməli olan əlavə ixtisarlar vasitəsilə 55 nəfərdən 30 nəfərə endiriləcək".

AzVision.az



Teqlər:





Xəbər lenti