Məşhur aktyor xərçəngin qurbanı oldu

Məşhur aktyor xərçəngin qurbanı oldu
  24 Aprel 2025    Oxunub:350
Məşhur türkiyəli aktyor və şair Yavuz Çetin vəfat edib.
Türkiyə mediasının yaydığı məlumata görə, bu barədə mərhumun ailəsi sosial şəbəkə hesabında xəbər verib.

Məlumata görə, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan Yavuz Çetin 65 yaşında dünyasını dəyişib.

Çetinin cənazəsi Sultan II Bəyazid məscidində günorta namazından sonra Tekirdede qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Y.Çetin evli olub və bu nikahdan iki övladı dünyaya gəlib.

Xatırladaq ki, Yavuz Çetin "Cin çeşmesi", "Siccin 3: Cürmü aşk", "Üç Harfliler 2: Hablis", "Siccin 2", "Leblebi Tozu", "Gönül hırsızı", "İki dünya arasında", "Firar", "Bendeyar", "Nakş-ı Dil Sultan", "Hür adam", "Sakarya Fırat", "Kolpaçino: Bir şehir efsanesi", "Kayıp prenses", "Yemin", "Sır gibi", "Kuzey ruzgarı", "Kurtlar Vadisi Pusu", "Pars: Kiraz operasyonu", "Kaybolan yıllar", "Acı hayat", "Şubat soğuğu", "Yabancı damat", "Son yaprak", "Kurtlar Vadisi", "Gurbet kadını", "Esir şehrin insanları", "Abdülhamit düşerken", "Fırat" kimi tanınmış film və seriallarda rol alıb.
AzVision.az



Teqlər: Vəfat  





Xəbər lenti