![]() |
İstanbulda ard-arda bir neçə güclü zəlzələ olub I VİDEO |
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin(AFAD) yaydığı məlumatda bildirilir ki, yeraltı təkanların episentri İstanbulun Silivri rayonunun ərazi suları daxilindədir:"6,2 bal gücündə zəlzələ saat 12:49-da baş verib. Saat 12:51-də 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Ondan sonra 4,4, 4,8, 4,5 və 4,9 bal gücündə təkanlar baş verib. Sonradan onların gücü 3,4 - 3,1-ə düşməyə başlayıb. Hazırda zəlzələlər davam edir".
İstanbul meriyasının məlumatında qeyd edilib ki, hazırda şəhər rəhbərliyinə ciddi fəsadlar barədə heç bir bildiriş daxil olmayıb.
İstanbul Vilayəti Valiliyi də öz növbəsində hələlik vətəndaşlara dəymiş ziyanla bağlı məlumatın olmadığını bildirib.
Yerli mətbuatın məlumatına görə, İstanbulda mobil rabitə və internetə çıxışda problemlər yaranıb.
Tural Tağıyev
AzVision.az