Vüsal Hüseynov: Ölkəmizdə əcnəbilərin rahat yaşaması üçün lazımi şərait yaradılıb

      Vüsal Hüseynov:    Ölkəmizdə əcnəbilərin rahat yaşaması üçün lazımi şərait yaradılıb
  24 Aprel 2025    Oxunub:349
Ölkəmizdə əcnəbilərin rahat yaşaması, təhsil alması, əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün lazımi şərait yaradılıb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Almatı Prosesinin III Nazirlər Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, miqrasiya proseslərinin tənzimlənməsində ümumhökumət və ümumcəmiyyət yanaşmasını inklüzivlik prinsiplərini rəhbər tutaraq miqrasiya proseslərinin iştirakçılarının bu proseslərin tənzimlənməsində aktiv iştirakının təmin edilməsi üçün müvafiq addımlar atılır:

"Xeyli müddətdir Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən Miqrant Şurası ictimai və məşvərət şuraları timsalında bunu görmək olar. Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf, stabillik və müxtəlif sahələrdə icra olunan irimiqyaslı beynəlxalq layihələrdə iştirak, xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpasından sonra işğaldan azad olunan ərazilərimizdə keçirilən bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf yeni imkanlar yaratmaqla yanaşı hazırda bu ərazilərdə həyata keçirilən çoxsaylı müxtəlif layihələr nəticəsində miqrasiya proseslərinin, o cümlədən əmək miqrasiyasını aktivləşməsinə şərait yaradır".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti