120 işıq ili uzaqlıqda yadplanetlilərin həyat izləri tapıldı - VİDEO

  120 işıq ili uzaqlıqda yadplanetlilərin həyat izləri tapıldı  - VİDEO
  17 Aprel 2025    Oxunub:1300
Kembric Universitetinin alimləri Günəş sistemindən kənarda həyat əlamətləri aşkar ediblər.
AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Qeyd edilib ki, elm adamlarının araşdırmalarının nəticələri "Astrophysical Journal"da dərc edilib.

Alimlər kosmosun dərinliklərində qalaktikamızın əkizini aşkar ediblər
Kembric Universitetinin rəhbərlik etdiyi araşdırmada astronomlar "James Webb" kosmik teleskopunun topladığı məlumatlardan istifadə ediblər. Teleskop kosmosun dərinliklərində yerdən kənar həyatın mövcudluğunu göstərən molekulların - dimetil sulfid (DMS) və dimetil disulfidin (DMDS) kimyəvi izlərini müəyyən edib.

"Yer üzündə bu molekullar yalnız canlı orqanizmlər, ilk növbədə mikroblar tərəfindən sözün həqiqi mənasında istehsal olunur", - elm adamları deyiblər.

Məqalədə qeyd edilib ki, molekullar Yerdən təxminən 124 işıq ili uzaqlıqda yerləşən "K2-18b" ekzoplanetinin atmosferində aşkar edilib.

"K2-18b" Yerdən 2,6 dəfə böyükdür. Ekspertlər onun səthinin okeanla əhatə olunduğunu iddia edirlər. Bu ekzoplanetin temperaturu Yerdəkinə yaxındır. Lakin "K2-18b" o qədər sürətlə fırlanır ki, orada bir il cəmi 33 gün davam edir.

Bir neçə gün öncə Cenevrə Universitetinin alimləri kosmasda maraqlı qalaktika kəşf etmişdilər. Elm adamları bu günə qədər bilinən ən uzaq spiralvari qalaktikanı qeydə alıblar. Onun adı "Zhulonq"dur. Bu, bizim qalaktikamıza o qədər bənzəyib ki, mütəxəssislər onu "Süd yolu"nun əkizi adlandırıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kosmos   Teleskop   Alim  





Xəbər lenti