Azərbaycan kuboku: “Sabah” “Neftçi”ni məğlub edərək finala çıxıb

Tərəflər arasındakı ilk görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı - 2:1.
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə ilə "Sabah" adını final mərhələsinə yazdırıb.
"Neftçi" isə kubokla vidalaşıb.
“Sabah” finalda “Qarabağ”la qarşılaşacaq.
AzVision.az
Teqlər: