Aİ "Apple" və "Meta"nı cərimələyib

   Aİ "Apple" və "Meta"nı cərimələyib
  23 Aprel 2025    Oxunub:351
Avropa İttifaqı (Aİ) Komissiyası ittifaqın "Rəqəmsal Xidmətlər" Qanunundan kənara çıxdıqları üçün ABŞ-nin "Apple" şirkətini 500 milyon avro, "Meta" şirkətini isə 200 milyon avro cərimələyib.
Avropa Komissiyasının bəyanatında diqqətə çatdırılır ki, sözügedən qanuna əsasən, "Apple" özünün "App Store" tətbiq mağazasında tətbiq tərtibatçılarının müştərilərə pulsuz alternativ təkliflər irəli sürmələrinə icazə verməlidir. Hərçənd "Apple" bu öhdəliyini yerinə yetirməyib.

"Meta" şirkətinə verilən cərimə isə bu şirkətin istifadəçilərə qarşı şəxsi məlumatlar müqabilində xüsusi xidmət ayırması ilə əlaqədardır. Belə bir prosedur da Aİ-nin müvafiq qanununa ziddir.

Avropa İttifaqının 2024-cü ildə qüvvəyə minən "Rəqəmsal Xidmətlər" Qanunu texnologiya şirkətləri üçün Aİ bazarında qaydaları sərtləşdirib. "Apple" və "Meta"nın cərimələnməsi bu qanun çərçivəsində ilk cərimədir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Apple   Meta   cərimə  





Xəbər lenti