"Bu gün İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında atəşkəsin pozulması nəticəsində Qəzzaya yardım blokadası qoyulmasının 50-ci günüdür. Aparılan münaqişəyə baxmayaraq, ən çox ehtiyac duyanlara humanitar prinsiplər çərçivəsində yardım çatdırılmasına icazə verilməlidir. İsrail BMT-nin, habelə humanitar təşkilatların Qəzza zolağında təhlükəsiz fəaliyyət göstərməsi üçün maneəsiz şərait yaratmalıdır", - bəyanatda bildirilir.
![]() |
BMT: "Kütləvi cəzalandırmaya heç nə haqq qazandırmır" |
Eyni zamanda, diqqətə çatdırılır ki, HƏMAS bu yardımı "öz maliyyə mənfəətlərdən üçün faydalanmamalı", həmçinin "mülki infrastrukturu hərbi məqsədlərlə işlətməməlidir".
Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmamış, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırmışdı.
Firudin Həmidli
AzVision.az