Putin döyüş uğurunun əsas səbəblərindən birini açıqladı

Putin döyüş uğurunun əsas səbəblərindən birini açıqladı
  23 Aprel 2025    Oxunub:357
FPV dronları Rusiya ordusunun döyüşlərdə qazandığı uğurunun mühüm amillərindən biridir.
Kremlin saytında yayılan məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin hərbi sənaye komissiyasının iclasında çıxışı zamanı bildirib.

Rusiya dövlət başçısı qeyd edib ki, ötən il cəbhəyə milyon yarımdan çox müxtəlif təyinatlı pilotsuz uçuş aparatı gətirilib. Xüsusilə, hər gün FPV- virtual reallıq sistemi ilə idarə olunan dronun 4 mini cəbhə xəttinə göndərilib. Eyni zamanda, Putin bu silahların hələ də az olduğunu vurğulayıb. Buna görə də Rusiya Müdafiə Nazirliyi sənaye müəssisələri ilə birlikdə silah istehsalını artırmaq üçün səylər göstərir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti