Lavrov: "Miqrantların azalması Rusiyanın iqtisadi inkişafını təhlükə altında qoya bilər"

  Lavrov:  "Miqrantların azalması Rusiyanın iqtisadi inkişafını təhlükə altında qoya bilər"
  23 Aprel 2025    Oxunub:350
Əmək miqrantlarının sayının azalması Rusiyanın iqtisadi inkişaf planlarını təhlükə altında qoya bilər.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistanda səfərdə olarkən bildirib.

"Vəziyyəti qlobal miqyasda götürsək, əlbəttə ki, əmək miqrantlarının sayının azalmasına gətirib çıxaracaq tədbirlər bizim maraqlarımıza uyğun gəlmir, çünki işçi qüvvəsinin çatışmazlığı ölkənin inkişafı ilə bağlı müvafiq planları daha az reallaşdıra bilər", - Rusiya XİN başçısı vurğulayıb.

Eyni zamanda, Lavrov qeyd edib ki, miqrantlar Rusiya qanunvericiliyinə əməl etməlidirlər: “Problemin ikinci hissəsi Rusiya qanunlarına riayət etmək və əmək miqrantları arasında kriminal meyllərin yaranmasının qarşısını almaq zərurəti ilə bağlıdır. Bu cür hallar baş verir”.

AzVision.az



Teqlər:





Xəbər lenti