Zalujnı yenidən ukraynalılar arasında etimad reytinqinə başçılıq edib

 Zalujnı yenidən ukraynalılar arasında etimad reytinqinə başçılıq edib
  01 Aprel 2025    Oxunub:873
Ukrayna Silahlı Qüvvələrinin keçmiş Ali Baş Komandanı və Kiyevin Böyük Britaniyadakı hazırkı səfiri Valeriy Zalujnı növbəti dəfə ukraynalılar arasında etibar reytinqinə başçılıq edib.
Bunu Ukraynanın “Soçis” mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Zalujnı Ukraynanın Kursk əməliyyatına qarşı çıxıb - "Politico"
Sorğunun nəticələrinə görə, respondentlərin 62%-i Zalujnıya güvəndiyini bildirib. Güvənənlərin 35%-i Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanına birmənalı olaraq etimad göstərib. Yerdə qalan 27%-i isə Zalujnıya daha çox güvəndiyini deyib.

Zalujnı rəy sorğularında dəfələrlə Ukrayna prezidenti Vladimir Zelenskiyə qalib gəlib. Politoloqlar Zalujnını qarşıdan gələn prezident seçkilərində Zelenskinin əsas rəqiblərindən biri adlandırırlar.

Bundan əvvəl isə Zalujnı Ukraynada prezident seçkilərində iştirakı ilə bağlı sualı şərh etmək istəməmişdi.


Bir gün əvvəl “The Economist” jurnalı Ukraynada prezident seçkilərinin yayda keçiriləcəyini yazmışdı. Nəşr öz mənbələrinə istinad edib. Nəşrin məlumatına görə, Vladimir Zelenski keçən həftə iclas keçirib və o, komandasına ölkədə tam atəşkəsin bərpasından sonra səsvermə təşkil etməyi tapşırıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Reytinq  





Xəbər lenti