Aİ-nin Rusiya sanksiyaları Ukrayna danışıqlarında qaldırıla bilər

 Aİ-nin Rusiya sanksiyaları Ukrayna danışıqlarında qaldırıla bilər
  12 Mart 2025    Oxunub:516
Avropanın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması məsələsi Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək danışıqlarda müzakirələrin bir hissəsi ola bilər
AzVision.az . xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat yayıb.

ABŞ Suriya ilə SDQ arasında razılaşmanı alqışlayır
"Avropalılar Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Güman edirəm ki, əgər biz Kremlə müraciət etsək, Rusiya ilə istənilən danışıqlarda Moskvaya qarşı tətbiq edilən Avropa sanksiyaları məsələsini gündəmə gətirəcəklər. Ona görə də hesab edirəm ki, Avropa sanksiyaları məsələsi müzakirə olunacaq. Mən hələ Rusiyanın dondurulmuş aktivlərinin taleyindən danışmıram...".- Rubio qeyd edib.

Qeyd edək ki, ABŞ-Ukrayna danışıqları yeni mərhələyə keçib. Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Danışıqlar təxminən 9,5 saat davam edib. Görüşdən sonra Vladimir Zelenskinin saytında tərəflərin birgə bəyanatı dərc edilib. Bəyanata əsasən Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır. Rəsmi Vaşinqton isə dərhal kəşfiyyat məlumatlarının mübadiləsində yaranmış fasiləni aradan qaldıracaq və Kiyevə yardımı bərpa edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Sanksiya   Rusiya  





Xəbər lenti