Polşa Gürcüstan vətəndaşlarını deportasiya etməyə başlayıb

Polşa Gürcüstan vətəndaşlarını deportasiya etməyə başlayıb
  05 Mart 2025    Oxunub:660
Polşa “gürcü bandaları”nın deportasiyasına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial media paylaşımında qeyd edib.

O, Polşa hökumətinin “gürcü bandalarını effektiv şəkildə aradan qaldırdığını” qeyd edib.

Xatırladaq ki, ötən ay Polşa hökuməti qanunları pozan Gürcüstan vətəndaşlarının martın əvvəlindən etibarən deportasiyasına başlanacağını bəyan edib.

Polşa hökuməti həmin şəxsləri “qanunları pozaraq Polşada yaşamağın yollarını tapmış cinayətkarlar” olaraq xarakterizə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti