Fransa Vaşinqtona məsləhət verir

   Fransa Vaşinqtona məsləhət verir
  04 Mart 2025    Oxunub:314
ABŞ-nin Ukraynaya yardımı dayandırmaq qərarı sülhü uzaqlaşdırır və Rusiyanın mövqeyini gücləndirir.
AzVision.az “BFM TV” telekanalına istinadən xəbər verir ki, Fransa hökumətinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Haddad belə deyib.

“Əslində, əgər biz sülh istəyiriksə, Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı qərar sülhü möhkəmləndirir, yoxsa onu uzaqlaşdırır? Bu, iyrəncdir, çünki bu, yalnız yer üzündə təcavüzkarın, yəni Rusiyanın əlini gücləndirəcək. Son bir neçə həftədə baş verdiyi kimi, Ukraynaya deyil, Rusiyaya təzyiq göstərmək lazımdır”, - fransalı nazir bildirib.

Vens Zelenskiyə şərtləri açıqlayıb
Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri arasında keçirilən görüşdən sonra Ağ Ev Kiyevə hərbi yardımın dayandırıldığını təsdiqləyib. Amerika lideri Volodimir Zelenskinin Amerikanın köməyinə görə “kifayət qədər minnətdar olmadığından” narazılığını bildirib.

Kiyev Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyənə qədər ABŞ-nin Kiyevə kömək etməyəcəyi və silah da daxil olmaqla bütün hərbi yardımı dayandıracağı gözlənilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fransa   ABŞ   məsləhət  





Xəbər lenti