“Bu cür vəsaitlərin səfərbər edilməsi silah istehsalını artırmaq və cəmiyyətin müdafiə sektoruna investisiyaları artırmaq üçün “real” imkandan daha çox “ümid və fərziyyələrə əsaslanır”. Fon der Lyayen layihəni həyata keçirmək üçün real pul tapmağın bütün yükünü üzv dövlətlərin çiyninə atıb, Brüsselin isə plana maliyyə töhfəsi əhəmiyyətsiz görünür”, - portalın dərc etdiyi materialda vurğulanır.
Qeyd edək ki, Avropa Komissiyasının (AK) təklifinə müdafiə ehtiyacları üçün Aİ ölkələrinin 150 milyard avroya qədər borc almasını da nəzərdə tutur. AK bu pulu kapital bazarlarından borc götürəcək və sonra Avropada birgə silah almaq şərti ilə üzv dövlətlərə kredit şəklində verəcək.
Bu vəsaitin Ukrayna üçün hava hücumundan müdafiə (HHM) vasitələri və silahlarının istehsalına yönəldilməsi planlaşdırılır. AK həmçinin üzv ölkələrə cari müdafiə xərclərini 1,5% artırmağı təklif edib ki, bu da silah istehsalı üçün 650 milyard avronun cəlb olunması imkanı yaradacq.
Bundan əlavə, AK dövlətlərə Aİ-nin “Birlik Siyasəti” proqramının vəsaitlərindən hərbi sektora sərmayə qoyuluşu üçün istifadə etməyə icazə verilməsi təklifini irəli sürüb. Aİ-nin 2025-ci il büdcəsində bu məqsədlər üçün artıq 78 milyard avro ayrılıb.
![]() |
Trampın acığına: Avroliderlər Ukraynaya dəstək üçün toplaşdılar |
Qeyd edək ki, bu təkliflər martın 6-da Aİ-nin Brüsseldə keçiriləcək fövqəladə sammitində müzakirə olunacaq.
Əvvəllər Ursula fon der Lyayen Rusiyanın iqtisadi blokada cəhdi nəticəsində yaranan iqtisadi böhranın öhdəsindən gəlmək şansı kimi Avropanın hərbi sənayesinin remilitarizasiyası planlarını təqdim edirdi. Lakin Brüssellə Vaşinqton arasında münasibətlərin daha da pisləşməsi vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Sahil İsgəndərov
AzVision.az