ABŞ-nin qərarı Ukraynanı şoka salıb

   ABŞ-nin qərarı Ukraynanı şoka salıb
  05 Mart 2025    Oxunub:550
Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq əmrindən narahat olduqlarını bildiriblər.
AzVision.az xəbər verir ki, ukraynalı əsgər Roman Kravtsov “CBS News” telekanalına müsahibəsində belə deyib.

“Bu, sadəcə, silah deyil, dəstək simvoludur. Onu itirməklə, motivasiyamızı itirdik. Yardımın dayandırılması Ukrayna ordusuna mənfi təsir göstərəcək”, - ukraynalı hərbçi bildirib.

Vens Zelenskiyə şərtləri açıqlayıb
Vaşinqtonun Kiyevə hərbi yardımını dayandırmaq qərarı martın 4-dən qüvvəyə minib və ABŞ-nin artıq Ukrayna ərazisində olmayan bütün silahlarına, o cümlədən Polşadakı tranzit zonalar vasitəsilə çatdırılan və təyyarə və gəmilərlə daşınan silahlara şamil edilir.

Bu qərar Zelenski Rusiya ilə sülh danışıqlarına nümayiş etdirənə qədər qüvvədə qalacaq. Bu gün Tramp Ukrayna prezidentindən danışıqlar masasına oturmağa hazır olduğunu bildirən mesaj aldığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ukrayna   şok  





Xəbər lenti