Sabit genişzolaqlı internet abunəçilərinin sayı açıqlanıb

Sabit genişzolaqlı internet abunəçilərinin sayı açıqlanıb
  03 Mart 2025    Oxunub:342
Ötən il Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı 2,2 milyon nəfər təşkil edib.
Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) ötən ilin yekunlarına dair hesabatında qeyd olunub. Məlumata görə, ötən il Azərbaycanda fəaliyyət göstərən operator və provayderlərin sayı 168-ə çatıb. Bu da 20 il öncə ilə müqayisədə 158 yeni şirkətin telekommunikasiya bazarına daxil olması deməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti