Trampın nümayəndələri Zelenski ilə gizli görüş keçirib - "CNN"

   Trampın nümayəndələri Zelenski ilə gizli görüş keçirib    - "CNN"
  05 Mart 2025    Oxunub:544
ABŞ prezidenti Donald Trampın nümayəndələri Ukrayna prezidenti Vladimir Zelenski ilə gizli danışıqlar aparıblar.
Bu fikirlər CNN-də dərc olunan məqalədəndir. Nəşr mənbələrinə istinad edib.

Tramp: “Zelenski danışıqlara hazırdır”
Qeyd olunub ki, görüş zamanı yüksək rütbəli amerikalı məmurlar Vaşinqtonla münasibətlərin tezliklə sabitləşməsinin vacibliyini vurğulayıblar. Onlar məhz bu səbəbdən Kiyevi danışıqları bərpa etməyə çağırıblar.

Kanalın mənbələri iddia ediblər ki, gizli danışıqlarda iştirak edən məmurlardan biri Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq olub.

Xatırladaq ki, bir neçə gün öncə Vaşinqtonda olan Zelenski ilə Tramp arasında siyasi və diplomatik qalmaqallar yaşanıb. Siyasətçilərin sərt mübahisələri bağlı qapılar arxasında deyil, jurnalistlər qarşında olub.

Bundan sonra Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzaladı. Ağ ev-in əmrlə bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Zelenski   CNN  





Xəbər lenti