ETSN-in mütəxəssisləri və təcili yardım briqadaları Neft Emalı Zavodunun ərazisində

  ETSN-in mütəxəssisləri və təcili yardım briqadaları Neft Emalı Zavodunun ərazisində
  05 Mart 2025    Oxunub:609
Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib. Bundan başqa Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti