Aydan Rəhimli: Təyyarə qəzasında sağ qalmağım möcüzədir

Aydan Rəhimli: Təyyarə qəzasında sağ qalmağım möcüzədir
  05 Mart 2025    Oxunub:718
AZAL-ın qəzaya uğrayan təyyarəsində bələdçi olan Aydan Rəhimli 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təşkil olunan tədbirlərin birində çıxış edib.
AzVision.az xəbər verir ki, o, çıxışında məlum qəzada həyatını itirən gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevadan da söz açıb. Aydan Rəhimli iş yoldaşlarını qəza zamanı davranışını fədakarlıq nümunəsi adlandırıb.

O qeyd edib ki, həyat ona ikinci şans verib: "Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır".

A.Rəhimli həyatda qalmağında rolu olan həkimlərə, ailəsinə və Prezident İlham Əliyevə təşəkkür edib.



AzVision.az


Teqlər:





Xəbər lenti