Gürcüstanda mitinqlərin keçirilməsi qaydaları sərtləşdiriləcək

Gürcüstanda mitinqlərin keçirilməsi qaydaları sərtləşdiriləcək
  05 Fevral 2025    Oxunub:285
Gürcüstanda etiraz aksiyalarının keçirilməsi qaydaları sərtləşdiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Geogria” özünün teleqram kanalında yazıb.

Belə ki, hakimiyyət etirazçılara avtomobil yollarını, dəmir yollarını, tunelləri və yerüstü keçidləri bağlamağı qadağan etməyi planlaşdırır.

Nəşr yazır ki, təşviqat da əvvəlcədən xəbərdar edilməlidir.

Qeyd edək ki, Tbilisidə etirazlar 2024-cü il noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra yenidən başlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti