"Bu cür qəribə fikirlər regionu yenidən alovlandıra bilər", - o deyib.
İran XİN: "Trampın qəzzalılarla bağlı planı etnik təmizləmədir" |
Belə ki, daha əvvəlki çıxışlarında Qəzzada bərpa-quruculuq prosesi dövründə fələstinlilərin təhlükəsiz əraziyə köçürülmələrinin vacibliyini diqqətə çatdıran Donald Tramp İsrailin hökumət başçısı ilə birgə mətbuat konfrasında çıxışı zamanı:
"Qəzzanı nəzarətə götürüb, oradakı bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq", - söyləyib.
"The U.S. will take over the Gaza Strip, and we will do a job with it, too." –President Donald J. Trump pic.twitter.com/aCqLl9Gwwn
— President Donald J. Trump (@POTUS) February 5, 2025
Əlbəttə, Qəzzanı öz idarəsində saxlamağa çalışan HƏMAS terrorçularının, habelə bir sıra regional qüvvələrin etirazına baxmayaraq, Trampın bu sözləri istər İsraildə, istərsə də ABŞ-də əsasən müsbət qarşılanıb. Əvvəla İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən planı "yaxşı fikir" kimi qiymətləndirib.
"Şübhəsiz ki, HƏMAS-la mübarizəmizin biri Qəzza zolağının İsrail üçün təhlükə yaratmamasına çalışmaqdır. Prezident Tramp isə bu məqsədi daha da yüksək pilləyə qaldırdı. O terrorun, terrorçuların yuvasına çevrilmiş ərazi üçün fərqli gələcək görür", - o, mətbuat konfransında deyib.
Eyni zamanda, İsrailin əksər hökumət nümayəndələri , o cümlədən energetika naziri Eli Kohen, maliyyə naziri Betsalel Smotriç və "Knesset"in (parlament) spikeri Amir Ohana ABŞ liderinin planını məmnun ifadələrlə qarşılayıblar. Müxalif Milli Birlik Partiyasının lideri, keçmiş ordu generalı Benni Qants da məsələyə müsbət reaksiya verib.
"Prezident Tramp yenidən göstərdi ki, o, İsrailin əsl dostudur və təhlükəsizliyimizin müdafiəsində həmişə yanımızdadır. İrəli sürdüyü plan mübarizəmizin məqsədi ilə uzlaşan yaradıcı, orijinal və maraqlı fikirdir", - o vurğulayıb.
(ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof)
Ağ Ev sakininin təklifi Vaşinqtonda da alqışlanıb. Dövlət katibi Marko Rubio , ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof , Nümayəndələr Palatasının spikeri Mayk Conson və başqaları planı dəstəkləyiblər.
"Qəzzada fələstinlilər üçün sülh və rifah fiziki məkana bağlı deyil. Gəlin bu insanlar üçün daha yaxşı şərait yaradaq, seçim imkanı verək", - Vitkof "Fox News" telekanalına müsahibəsində dilə gətirib.
Firudin Həmidli
AzVision.az