“Fələstin məsələsi də məhz bu səbəbdən, fələstinlilərin öz torpaqlarından qovulması və onların yerinə israillilərin gəlməsi ilə başladı. İndi vəziyyət beynəlxalq ictimaiyyət, xüsusilə də İslam dünyası Fələstin probleminin, 1967-ci il sərhədləri daxilində Fələstin məsələsi də daxil olmaqla, ikidövlətli həlli ilə bağlı konsensus nöqtəsinə çatıb”, - Türkiyə XİN-in rəhbəri bildirib.
Ər-Riyad qətiyyət nümayiş etdirir |
- Bizim mövqeyimiz aydındır. Biz mövqeyimizi sərgiləyəndə hər cür soyqırımına qarşı çıxırıq. Bu, bir çox beynəlxalq reaksiyalara səbəb olub. Qəzzada əsas problem insanların soyqırıma məruz qalmasıdır. 1,8 milyon insan ölüm-dirim astanasındadır. Həm israillilərin, həm də fələstinlilərin təhlükəsizlik barədə narahatlıqları nəzərə alınmalıdır”, - Hakan Fidan vurğulayıb.
Türkiyəli nazir təəssüflə qeyd edib ki, biz dünyanın cəngəlliklər qanununa yuvarlandığını, kim güclüdürsə onun haqlı olduğunu görürük. Bu baxımdan, Qəzza əhalisinin yaşadığı ərazidən qovulması, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Fələstin problemi öz həllini tapmayana qədər İsraillə diplomatik əlaqələrin qurulmasının qeyri-mümkün olduğunu bəyan edib.
Sahil İsgəndərov
AzVision.az