Çaddan qovulan Fransanın yerini Türkiyə tutacaq

   Çaddan qovulan Fransanın yerini Türkiyə tutacaq
  04 Fevral 2025    Oxunub:283
Türkiyə Çad hökumətindən Liviya və Sudanla sərhəddə yerləşən Çaddakı iki keçmiş Fransa hərbi bazasını alacaq.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl Fransa ordusu Çaddakı son bazasını ölkənin paytaxt Ncamenada keçirilən hərbi mərasimdə təhvil verib. Noyabrın sonunda Mərkəzi Afrika ölkəsi Parislə hərbi əməkdaşlığa qəfildən son qoyduqdan sonra Fransa qoşunları dekabrın sonunda Çadı tərk etməyə başladı.

1960-cı ildə Çad müstəqillik əldə etdikdən sonra, demək olar ki, davamlı şəkildə bu ölkədə yerləşdirilən Fransadan olan əsgərlər və döyüşçülər yerli orduya təlim keçməyə kömək ediblər.

Əsasən səhralıq olan Çad Fransanın Afrikadakı hərbi mövcudluğunun əhəmiyyətli hissəsini itirdikdən və hərbi çevrilişlər fransız qoşunlarını Mali, Burkina-Faso və Nigerdən çıxarmağa məcbur etdikdən sonra Parisin Sahel bölgəsindəki son istinad nöqtəsi idi.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Çad   Fransa   Türkiyə  





Xəbər lenti