Türkiyə və Misirin xarici işlər nazirləri birgə bəyanat veriblər

Türkiyə və Misirin xarici işlər nazirləri birgə bəyanat veriblər
  04 Fevral 2025    Oxunub:322
Türkiyənin paytaxtı Ankarada xarici işlər naziri Hakan Fidan və misirli həmkarı Bedr Abdulati birgə bəyanatla çıxış ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Bildirilib ki, "Türkiyə-Misir Xarici İşlər Nazirlərinin Birgə Bəyanatı"nda bir sıra strateji məsələyə diqqət yetirilib.

Xüsusilə, qeyd olunub ki, tərəflər Fələstin və İsraili beynəlxalq hüquqa, BMT qətnamələrinə və ikidövlətli həll yoluna əsaslanan ədalətli və davamlı sülhə çağırır.

Həmçinin, Yaxın Şərqdəki qeyri-sabitliyin, problemlərin həllinin tapılması ilə bağlı tərəflərə çağırış edilib. Ankara və Qahirə Qəzzada əldə olunan atəşkəsi, habelə əsir və girovların azad edilməsini məmnunluqla qarşıladıqlarını bildiriblər.

Eyni zamanda, tərəflər Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini qeyd ediblər.

Bundan başqa, bəyannamədə vurğulanıb ki, tərəflər ticarət həcmini 15 milyard dollara çatdırmağı hədəfləyirlər.

Bəyannamədə terrorla mübarizədə birgə əməkdaşlıq məsələsinə də toxunulub.

AzVision.az



Teqlər:





Xəbər lenti