ABŞ İrana “maksimum təzyiq” kampaniyasını bərpa edir

ABŞ İrana “maksimum təzyiq”  kampaniyasını bərpa edir
  04 Fevral 2025    Oxunub:334
ABŞ prezidenti Donald Tramp vaxtilə İrana qarşı yürütdüyü sərt siyasətə qayıdır. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Reuters yazır ki, Tramp İrana qarşı "maksimum təzyiq" kampaniyası ilə bağlı memorandum imzalamağa hazırlaşır. Məqsəd İranın nüvə silahı istehsal etməsinə imkan verməmək və neft ixracını sıfıra endirməkdir.

Kampaniya çərçivəsində ABŞ-ın maliyyə nazirinə sanksiyaları və onların tətbiqi mexanizmlərini gücləndirmək, həmçinin 2023-cü ildə İrana 53 milyard dollar qazandıran neft ixracını dayandırmağa yönəlmiş tədbirlər görmək tapşırılıb.

Röya Əliyeva
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti