"Xaricdə təhsil mühit dəyişikliyinə səbəb olacaq" - Nazir

   "Xaricdə təhsil mühit dəyişikliyinə səbəb olacaq" -    Nazir
  08 Oktyabr 2024    Oxunub:445
"Bu il də azərbaycanlı tələbələr dünyanın ən yaxşı universitetlərində təhsil almaq imkanı qazanıblar. Ötən il xaricdə təhsil imkanı əldə edən 500 tələbədən 168 -i dünyanın top 10 ali təhsil müəssisəsinə qəbul olunub".
AzVision.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, PHD təhsili istiqamətində də işlər davam edir. Azərbaycan prezidentinin fərmanı ilə 400 nəfərlik limit 500 nəfərə qaldırılıb.
Nazir: "Bizə elmin imitasiyası yox, özü lazımdır"

"Bu, birmənalı olaraq öz nəticəsini verəcək. Xaricdə təhsil, düşünürəm ki, uzunmüddətli qaydada müsbətə doğru mühit dəyişikliyinə, düşüncə tərzi, münasibət dəyişikliyinə töhfə verəcək"- nazir qeyd edib.

O həmçinin vurğulayıb ki, təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var.

Nazir həmçinin İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti , SOCAR-la birgə həyata keçirilən "Sabah" təşəbbüsündən nailiyyətlərindən də danışıb. Bildirib ki, bunun sayəsində tələbələr artıq iş axtaran kimi yox, iş yeri yaradan insanlar kimi yetişdirilir. Artıq tələbələr özləri 300-ə yaxın startap yaradıblar. Bundan 3000 minə yaxın insan "sabah" çətiri altında müxtəlif şirkətlərlə əməkdaşlığa qoşulub. Ümumilikdə bu startaplar təxminən 8.5 milyon manat dəyərində kənar sərmayə cəlb edə bilib.

"Bu hələ başlanğıcdır. Gələcəkdə bu istiqamətdə işlər davam etdiriləcək. Yaxın gələcəkdə tamamilə fərqli mühit görəcəyik",- nazir deyib.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər: Təhsil-Forumu  





Xəbər lenti