Azərbaycan-Türkiyə deputatları görüşdü
O, Milli Məclisin sədri Sahibə Qafarovanın yenidən bu vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdiyini xatırladaraq, bildirib ki, ölkələrimiz arasına mövcud olan bu gözəl ənənə parlament müstəvisində də davam etdirilir. Şamil Ayrım Milli Məclisin sədrinin bu səfərinin də münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da ölkələrimiz arasında münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünyada oxşarı olmadığını, əlaqələrimizin Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamına söykəndiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malikdirlər və münasibətlərimiz günbəgün daha da möhkəmlənir.
Söhbət zamanı parlamentlərimizin də iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyi, həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığın mövcud olduğu xüsusi vurğulanıb. Tərəflər dostluq qrupları arasında təmasların qanunverici orqanlarımızın daha sıx əməkdaşlığına töhfə verdiyini söyləyiblər, qarşılıqlı səfərlərin, mütəmadi təmasların əhəmiyyəti ilə bağlı fikirlər səsləndiriblər.
Görüşdə çıxış edən Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar Quliyev, Musa Quliyev, Elşən Musayev, Ağalar Vəliyev, Heydər Əsədov, Elnarə Akimova, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Orhan Erdem, Derya Ayaydın, Veysal Tipioğlu, Cüneyt Yüksel, Uğur Bayraktutan, Yusuf Beyazit, Vedat Bilgin, Cantürk Alagöz, Ahmet Erbaş qardaş və dost ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsindən, parlamentlərarası münasibətlərin daha da dərinləşməsindən danışıblar, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikirlərini ifadə ediblər.
AzVision.az
Teqlər: