Ermənistan NATO-dan asılı vəziyyətə düşəcək - Rusiya Təhlükəsizlik Xidməti

   Ermənistan NATO-dan asılı vəziyyətə düşəcək - Rusiya Təhlükəsizlik Xidməti
  07 Oktyabr 2024    Oxunub:979
KTMT-dən çıxmaq İrəvanı NATO-dan daha da asılı edəcək.
Bu barədə TASS agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikova istinadən məlumat yayıb.

Bortnikovun sözlərinə görə, “Qərb Ermənistanı güzəştli silah təminatı və təhlükəsizlik zəmanəti müqabilində KTMT-dən çıxmağa şirnikləndirir ki, bu da İrəvanı Bakı ilə gələcək münasibətlər məsələsində Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq".

Təhlükəsizlik rəhbəri onu da qeyd edib ki, "Qərb guya İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına kömək etmək üçün NATO sülhməramlı kontingentini Cənubi Qafqaza yerləşdirməyə çalışır".

Onun fikrincə, ABŞ və Avropa Cənubi Qafqazda sabitlikdə maraqlı deyil. 

“Qərb İrəvanı Bakı ilə danışıqları uzatmağa vadar erməklə Azərbaycan-Ermənistan "probleminin" nizamlanması prosesinə rəhbərlik etməyə və regiona özünün “sülhməramlı” kontingentinin de-yure BMT-nin, de-fakto isə NATO-nun himayəsi altında yerləşdirilməsinə nail olmağa çalışır" - deyə o, xəbərdarlıq edib.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti