Uollesdən Stoltenberqə təklif: "Ukraynaya döyüşə get!"

   Uollesdən Stoltenberqə təklif:    "Ukraynaya döyüşə get!"
  05 Oktyabr 2024    Oxunub:904
"NATO-nun keçmiş baş katibi Ukraynaya getməli və bu ölkənin adi vətəndaşları ilə birlikdə döyüşlərdə iştirak etməlidir".
Bu barədə Avropa Parlamentinin (AP) keçmiş üzvü Mik Uolles X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, “Biz Yens Stoltenberqi Ukraynaya fəhlə sinfi ukraynalılarla birlikdə döyüşməyə göndərməliyik”.

Bundan əvvəl Stoltenberq Ukraynanın alyansdan daha çox silah ala bilməməsindən təəssüfləndiyini demişdi. Keçmiş NATO rəhbərinin sözlərinə görə, 2022-ci ildə reallıq belə idi ki, alyans Ukraynanı dəstəkləməli, lakin münaqişənin bir hissəsi olmalı idi. Bu, böhrana yanaşmada sonra da davam etdi.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti