TSAXAL: "HƏMAS-ın Qəzzadakı hökumət başçısı öldürülüb"

   TSAXAL:    "HƏMAS-ın Qəzzadakı hökumət başçısı öldürülüb"
  03 Oktyabr 2024    Oxunub:826
İsrail Müdafiə Qüvvələri (TSAXAL) üç ay əvvəl Qəzza zolağında HƏMAS hökumətinin başçısı ilə yanaşı Fələstin hərəkatının iki yüksək rütbəli nümayəndəsini də aradan götürüb.
Bu barədə TSAXAL Telegram-da məlumat yayıb.

"TSAXAL və İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında apardığı birgə əməliyyat nəticəsində HƏMAS-ın Qəzza zolağındakı hökumət başçısı Rauhi Muştaha, təşkilatda siyasi təhlükəsizlik rəhbəri vəzifəsində çalışmış Sameh əs-Sirac, həmçinin ümumi təhlükəsizlik aparatının komandiri Sami Auda məhv edilib",- məlumatda qeyd edilib.
Sentyabrın sonunda İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda HƏMAS-ın səhra komandiri Əhməd Məhəmməd Fəhdanı da öldürmüşdü.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti