Şərqşünaslıq İnstitutunun əməkdaşı İstanbul konfransında Xocalı soyqırımı haqqında məruzə edib

Şərqşünaslıq İnstitutunun əməkdaşı İstanbul konfransında Xocalı soyqırımı haqqında məruzə edib
  30 Sentyabr 2024    Oxunub:669
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Lalə Mikayılzadə Türkiyənin İstanbul şəhərində İsmayıl Qaspıralının vəfatının 110-cu ildönümünə həsr olunmuş “Dildə, işdə, fikirdə birlik” adlı beynəlxalq elmi konfransda iştirak edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, konfransa onlayn qoşulan alim Pedaqogika, psixologiya və sosiologiya bölməsinə moderatorluq edib, həm də “Ermənilərin fitrətində olan nekrofiliya və sadomazoxizm halları” mövzusunda məruzə edib.

Məruzədə Azərbaycan xalqının başına gətirilən soyqırımından, o cümlədən Xocalı şəhərində törətdikləri soyqırımından bəhs edilib. Məruzədə Xocalı soyqırımının epizodları açıq şəkildə nekrofiliya və sadomazoxizm halları kimi qiymətləndirilib və təhlil edilib. Bildirilib ki, Azərbaycana qarşı ermənilərin törətdikləri qətliam nekrofiliyanin göstəricisidir.

AzVision.az



Teqlər:





Xəbər lenti