TƏBİB-də “Açıq qapı” günü keçirilib

TƏBİB-də “Açıq qapı” günü keçirilib
  28 İyun 2024    Oxunub:851
TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
AzVision.az xəbər verir ki, “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd Müraciətlərlə iş departamentinin fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, müraciətlərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdan ibarət olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq iştirakçıları salamlayıb. O bildirib ki, TƏBİB-ə olan müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alınır və baxılır:

“Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi (815) ilə əlaqə saxlaya, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər”.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti