"Təşvişə əsas yoxdu" - Zəlzələ ilə bağlı çağırış

   "Təşvişə əsas yoxdu" -   Zəlzələ ilə bağlı çağırış
  28 İyun 2024    Oxunub:1071
Seysmoloji Xidmət Mərkəzi bu gün səhər Azərbaycanda qeydə alınan zəlzələ ilə bağlı mlumat yayıb. Qurumdan AzVision.az -a verilən məlumatda bildirilib ki, vətəndaşlara çağırış edilib.
"Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində baş verən və maqnitudası 5 olan zəlzələ hiss olunan zəlzələ olsa da, bundan vətəndaşlarımızın təşvişə düşməsinə əsas yoxdu.
Talış Dağlıq zonasında güclü zəlzələ olub - YENİLƏNİB


Təbii ki, ərazimiz seysmik bölgədir. Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadı. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur. Və bu seysmik zonalara xarakterik haldır. Maqnitudası 5 və 5 -dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması ola bilir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız rəsmi məlumatları izləsinlər".

Qeyd edək ki, bu gün Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti