SOCAR 2023-cü ilin maliyyə göstəricilərini açıqlayıb
Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumi aktivləri 72 milyard manat təşkil edib. Bu xüsusda, şirkətin uzunmüddətli aktivləri 3,4 % artımla 49 milyard manata, cəmi kapitalı 4,5 % artaraq 34,8 milyard manata yüksəlib.
Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32,4 % azalaraq 19,6 milyard manat, uzunmüddətli öhdəlikləri 5,3 % azalaraq 17,6 milyard manat, ümumi öhdəlikləri isə 21,9 % azalaraq 37,1 milyard manat təşkil edib.
Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.
AzVision.az
Teqlər: