İran xalqı yeni prezident seçir

 İran xalqı yeni prezident seçir
  28 İyun 2024    Oxunub:1097
Bu gün İranda prezident seçkiləri keçirilir.
Səhər saatlarında İranın ali rəhbəri Ayətullah Xamenei növbədənkənar prezident seçkilərinə rəsmən start verib. İlk olaraq özü səs verib.

Keçmiş prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra hakimiyyət konstitusiyaya uyğun olaraq növbədənkənar prezident seçkiləri elan etdi. Konstitusiyanın 131-ci maddəsinə görə, proses prezidentin vəfatı və ya fəaliyyət qabiliyyətini itirməsi elan edildikdən və onun səlahiyyətlərinin birinci vitse-prezidentə keçməsindən sonra 50 gün ərzində həyata keçirilməlidir.

Prezidentlik uğrunda mübarizədə keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi, İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, parlamentin hazırkı sədri Məhəmməd Bağır Qalibaf, deputat Məsud Pezeşkian və keçmiş səhiyyə naziri iştirak edir.
Tural Tağıyev
AzVision.az


Teqlər:





Xəbər lenti