Azərbaycan və Serbiyanın hərbi ekspertləri görüşdü

Azərbaycan və Serbiyanın hərbi ekspertləri görüşdü
  28 İyun 2024    Oxunub:908
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Quru Qoşunlarının döyüş hazırlığı və öyrənilmiş təcrübələr” mövzusu üzrə hər iki ölkənin hərbi ekspertlərinin görüşü keçirilib.
Serbiyalı qonaqlara Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş hazırlığının təşkili və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Görüşdə hər iki ölkənin Quru Qoşunlarının döyüş hazırlığı üzrə vəzifəli şəxsləri və mütəxəssisləri tərəfindən brifinqlər təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti