TƏBİB-ə müraciətlərin sayı artıb - Statistika

 TƏBİB-ə müraciətlərin sayı artıb -  Statistika
  28 İyun 2024    Oxunub:821
“2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub. Onlardan 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u təklifdən ibarət olub. Digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202 qeydə alınıb. Kollektiv daxil olan müraciətlərin sayı isə 189 olub”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov  media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə deyib.

“2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib”,- deyə o bildirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti