"Neftçi" iki futbolçu ilə yolları ayırdı
!["Neftçi" iki futbolçu ilə yolları ayırdı
"Neftçi" iki futbolçu ilə yolları ayırdı](https://azvision.az/photos/2024/06/200390_91l1x5l7cs-1719564341.jpg)
Fələstinli yarımmüdafiəçi Ataa Caber və qapıçı Aqil Məmmədovun başa çatan müqaviləsi yenilənməyib.
2022-ci ilin iyununda transfer olunmuş Caber “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub. Aqil Məmmədov isə 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.
AzVision.az
Teqlər: