"Şuşada 10 gün qalsam..." - Arif Babayev

"Şuşada 10 gün qalsam..." -    Arif Babayev
  13 May 2024    Oxunub:6163
“Bu yaşıma qədər belə festival görməmişdim. Heydər Əliyev Fondu işə canla-başla yanaşıb”. Bu sözləri AzVision.az -a 86 yaşlı Xalq artistimiz Arif Babyev Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalından danışarkən deyib.
Açılış mərasimində “Ay bəri bax” mahnısını ifa edən ustad xanəndəmiz Şuşada keçmişinə qayıtdığını, ötən günlərini xatırladığını söyləyib: “Hər şey möhtəşəm idi. Bu yaşıma çatmışam, hələ belə festival görməmişdim. Elə bil ömrümə ömür caladılar. Çox sevindim, qəlbim fərəhləndi.

Artıq yaşa dolmuşam, əvvəlki kimi ifa edə bilmirəm, amma Şuşada səhnəyə çıxdım. Bunun özü böyük fəxarətdir. Səhhətimlə bağlı şəhəri çox gəzə bilmədim. Daha çox festivalla məşğul olduq, məşq etdim.
Zeynəb Xanlarova illər sonra Şuşada - Video

Uşaqlığım Şuşada keçib. Oranın havasından dünyada yoxdur. Şuşa ayrı bir aləmdir. Orada 10 gün qalsam, elə bilərəm ki, cənnəti gördüm”.

Xatırladaq ki, mayın 11-də Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da açılışda iştirak ediblər.



Həmçinin bax:
Prezident Şuşada “Xarıbülbül” festivalında çıxış edib

Şahanə Rəhimli
AzVision.az




Teqlər:  





Xəbər lenti