Ermənipərəst ekspertlər yenidən aktivləşirlər | Mübariz Əhmədoğlunun yazısı

   Ermənipərəst ekspertlər yenidən aktivləşirlər    | Mübariz Əhmədoğlunun yazısı
  29 Aprel 2024    Oxunub:2528
Son vaxtlar Rusiyadakı ermənilərin və ermənipərəst ekspertlərin aktivləşdiyi hiss olunur. Vaxtilə ermənilər Rusiyadan əsassız yerə həddindən artıq çox şey gözləyəndə Zatulin, Aleksandrov, Kolerov, Tarasov... – ümumilikdə 20-yə yaxın ermənipərəst ekspert onları ümidləndirirdi. Onlar çox vaxt Moskvanın da maraqlarının əleyhinə gedirdilər. Ermənistanda rus dilinə qarşı kampaniya başlayanda Zatulin və Kolerov Ermənistanı yox, Kremli günahlandırmışdılar.
Robert Köçəryanın sağ əli olan Konstantin Zatulin onun bütün anti-Rusiya addımlarından xəbəri olub, bəlkə hətta onların işlənib hazırlanmasında iştirak da edib. ABŞ-ın dünyadakı ikinci ən böyük səfirlik binası Ermənistanda tikilərkən Köçəryan tez-tez tikintini təftiş edirdi. Zatulin də bir neçə dəfə onu müşayiət edib və heç zaman soruşmayıb ki, Ermənistanda bu boyda ABŞ səfirliyi nəyə lazımdır?
Zatulinin 2-ci həyat yoldaşı milliyyətcə ermənidir və uşaqları ilə ABŞ-da yaşayır.

Manuçaryan-Manuçarovun kuklası olan Modest Kolerov vaxtilə hesab edirdi ki, Qarabağ “müstəqil dövlət” olmalıdır.
Kolerovun 3-cü həyat yoldaşı Manuçaryan-Manuçarovun bacısıdır.

44 günlük müharibədəki məğlubiyyətdə ermənilər Rusiyanı günahlandırırlar. Heç kəs “Rusiya nə üçün Ermənistanın əvəzinə Azərbaycana qarşı vuruşmalı idi” sualına cavab axtarmır. Ermənilərin Moskva ilə bağlı üstün gözləmələri yalan oldu və özlərinin əleyhinə çevrildi.

İndi Rusiya-Ermənistan münasibətləri gərgin vəziyyətdədir. Ermənilərin psixoloji sabitlik əldə etmələri çox vacibdir. Onlar uydurma tarixdən əl çəkməli, həqiqəti öyrənməkdə maraqlı olmalıdırlar.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti