SSRİ-nin “Zəngəzur səhvi” düzəldilməlidir | Mübariz Əhmədoğlunun yazısı

   SSRİ-nin “Zəngəzur səhvi” düzəldilməlidir    | Mübariz Əhmədoğlunun yazısı
  06 Aprel 2024    Oxunub:2728
Rusiya Krımı özününkü hesab edir. Bu, həqiqətə çox yaxındır. Krımın uğrunda türklərlə 6 müharibəsi olub. Hətta o müharibələrin bəzilərində, xüsusilə sonuncularında ingilis zabitləri də Türkiyə tərəfindən iştirak ediblər. Krım SSRİ-nin də tərkibinə RSFSR-in ərazisi kimi daxil olub. Bugünkü Rusiya elitası 1954-cü ildə Krımın Ukraynaya verilməsini xəyanət hesab edir. Vladimir Putin 60 il sonra Xruşovun bu səhvini düzəltdi.
SSRİ-də saxta milli siyasət Krımla başlamamış və onunla bitməmişdi. Krımdan sonra da bir neçə dəfə SSRİ-nin müxtəlif regionlarında, xüsusilə Mərkəzi Asiyada belə ərazi mübadilələri olmuşdu. SSRİ-nin saxta milli siyasəti Mərkəzi Asiya regionunun ərazisini “gec partlayan minalarla” deyil, “kaset bombaları” ilə doldurub.

Hərçənd, SSRİ-nin saxta milli siyasəti ən çox Mərkəzi Asiya regionunda reallaşsa da, ilk nümunəsi 1923-cü ildə Zəngəzur mahalının Azərbaycan SSR-dən alınıb, Ermənistan SSR-ə verilməsidir. O zaman SSRİ-nin rəhbəri İosif Stalin Atatürkə də, Leninə də qısqanc yanaşırdı. Çünki Lenin Atatürklə dost idi. Bu qısqanclıq Türkiyənin NATO-ya üzvlüyü ilə nəticələndi.

Məhz bu qısqanclığın nəticəsində əhalisinin 80%-i etnik azərbaycanlılar olan Zəngəzur mahalı Ermənistana verildi. Ora tarixən Azərbaycan ərazisi idi və heç zaman erməni torpağı olmayıb.

SSRİ-nin milli siyasətinin bu cür səhvləri mütləq düzəldilməlidir. Mərkəzi Asiya regionunda artıq yeni tipli proseslər başlayır. Vaxtilə Nursultan Nazarbayev və mərhum İslam Kərimovun regionda yaratdıqları strateji sabitlik artıq yerini digər siyasətə verməkdədir. Çinin Mərkəzi Asiya regionuna daxil olması bu prosesi xeyli sürətləndirəcək.

SSRİ-nin varisi kimi Rusiya Zəngəzur mahalını Ermənistandan alıb, Azərbaycana qaytarmalıdır. Bunun ən böyük benefisiarı Rusiyanı özü olacaq. Çünki Moskvanın Qafqaz siyasəti də hər an silkələnə bilər.


Mübariz Əhmədoğlu
AzVision.az üçün


Teqlər: Zəngəzur  





Xəbər lenti