Matç zamanı azı 16 xokkeyçi dəm qazından zəhərlənib

   Matç zamanı azı 16 xokkeyçi dəm qazından zəhərlənib
  11 Fevral 2024    Oxunub:1029
Avstraliyada Melburn və Adelaida komandalarının oyunu zamanı ən azı 16 xokkeyçisi dəm qazından zəhərlənib.
Bu barədə ABC radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, buna səbəb buz təmizləyən maşının çənlərindən mayenin sızması olub.

Onlar dərhal matçdan sonra tibb müəssisəsinə aparılıblar. Bəziləri artıq xəstəxanadan buraxılsa da, oxşar simptomlarla daha 7-8 nəfər müalicə alır.
Hazırda arenada qabaqlayıcı tədbirlər həyata keçirilir. Yanğınsöndürənlər havalandırma sistemində yoxlama aparır.

Bundan əvvəl, yanvarın 2-də ABŞ-ın Yuta ştatında Mormon kilsəsinin dua evində 54 nəfərin dəm qazından zəhərləndiyi bildirilmişdi. Hadisəyə səbəb istilik sistemindəki nasazlıq olub.

AzVision.az


Teqlər:





Xəbər lenti