Yol qəzası iki nəfərin həyatına son qoydu

Yol qəzası iki nəfərin həyatına son qoydu
  13 Aprel 2013    Oxunub:1352
"VAZ-2107" və "Mercedes" markalı avtomaşınların toqquşması nəticəsində iki nəfər ölüb
AzVision.az Daxili İşlər Nazirlyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 12-də saat 17:10 radələrində Göygöl rayonu ərazisində Çingiz Rzayevin idarə etdiyi "VAZ-2107" markalı və Füzuli qəsəbə sakini Tural Alıyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Xəsarət almış Rzayev və sərnişini Yalçın Orucov xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti