Şeyx ölümcül virusdan danışdı: “Bu, kiçik məsələdir”

Şeyx ölümcül virusdan danışdı: “Bu, kiçik məsələdir”
  05 İyun 2014    Oxunub:1069
Qafqaz Müsəlmanlarıı İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanda yayılan qorxulu virusdan danışıb.

AzVision.az-ın məlumatına görə, şeyx jurnalistlərə açıqlamasında Həccə gedən zəvvarları narahat olmamağa çağırıb.

“Bir vaxtlar donuz qripi məsələləri var idi. Amma əslində bu, yalan çıxdı. İndi də bu məsələni ortaya atıblar. Amma bizə indiyənə qədər bu xəstəlik haqqında heç bir məlumat daxil olmayıb. Bu o qədər kiçik məsələdir ki, bizə məlumat göndərməyiblər, belə bir təhlükə olsaydı mütləq bizə məlumat verilərdi”.

Şeyx həmçinin zəvvarlarına peyvənd olunub-olunmaması məsələsinə də aydınlıq gətirib.

“Peyvənd demək olar ki, hər il edilir. Qeyd edim ki, bizdə ümumi icraat var, zəvvarlar bunu keçməlidirlər, bu ildə zəvvarlar bunu edəcəklər”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti