Niderland Polşaya səkkiz “F-35” qırıcısı göndərəcək

   Niderland Polşaya səkkiz “F-35” qırıcısı göndərəcək
  23 Yanvar 2023    Oxunub:658
Niderland iki müxtəlif NATO missiyasında iştirak etmək üçün Polşaya “F-35” qırıcılarından səkkizini göndərəcək.
Bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb. Fevral və mart aylarında Şərqi Avropa üzərində NATO hava məkanını patrul etmək üçün dörd təyyarə hazır vəziyyətə gətiriləcək. Onlardan ikisi daim döyüşə hazır vəziyyətdə, digər ikisi isə ehtiyatda olacaq.

Qeyd olunub ki, daha dörd təyyarə tərəfdaşlarla birgə təlim proqramı üçün istifadə olunacaq ki, bu da NATO-nun şərq cinahında mövcudluğunu və alyans ölkələri arasında əməkdaşlığı gücləndirir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti