Sobçak İlham Əliyevlə müsahibə üçün artıq Bakıdadır.
Rusiya mətbuatının yazdığına görə, rusiyalı telejurnalist son günlər baş tutan bir neçə mühüm tədbir və təqdimatlarda iştirak etməyib. Belə ki, Rusiya kübar həyatının ayrılmaz hissəsi sayılan Sobçak bu dəfə Cənubi Qafqaza üz tutub. Kseniya Azərbaycan prezidenti İlham Əliyevlə müsahibə üçün paytaxtımıza gəlib.
Xatırladaq ki, Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakın qızı olan Kseniya bir sıra ölkələrin siyasi liderləri, ictimai, siyasi xadimlərilə məşhur müsahibələrin müəllifidir.