Azərbaycan hökumətindən Ukrayna hadisələrinə REAKSİYA

Azərbaycan hökumətindən Ukrayna hadisələrinə REAKSİYA
  25 Fevral 2014    Oxunub:1227
Azərbaycan iqtidarı Ukraynada baş verən hadisələrə münasibət bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı AzVision.az-a açıqlamasında Ukrayna hadisələrini şərh edərək bildirib ki, Ukraynada baş verəcək hər hansı hakimiyyət dəyişikliyi ölkələrimiz arasındakı münasibətlərin əsaslarını dəyişməyəcək.

YAP rəsmisi vurğulayıb ki, hər iki ölkənin söykəndiyi prinsiplər var və münasibətlər də bu prinsiplər əsasında qurulur: “Ukrayna Azərbaycan üçün tərəfdaş ölkədir. Biz GUAM-da bir yerdə fəaliyyət göstəririk və bizim iqtisadi, siyasi əlaqələrimiz var. Hesab edirəm ki, Azərbaycan Ukrayna ilə münasibətlərini Ukraynada formalaşacasq yeni hökumətlə müzakirə edərək davam etdirəcək”.

Azərbaycan hökumətinin Ukraynada baş verənlərə münasibətinə gəlincə isə YAP rəsmisi bidlirib ki, bu, həmin ölkənin daxili işidir: “Ukrayna xalqının öz seçimidir. Azərbaycan tərəfi hesab edir ki, Ukraynada baş verən hadisələr hər hansı xarici müdaxilə olmadan həll olunmalıdır. Və Ukraynanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində məsələ Ukrayna xalqının siyasi iradəsi ilə öz həllini tapmalıdır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti