“27 ildə təklif etdiklərimiz, artıq öz qüvvəsini itirib” - İlham Əliyev
Azərbaycanın mövcud reallıqları dəyişdirdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, indi onlar bunları nəzərə almalıdır və 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq. Ermənistan buna hazır olduğu təqdirdə danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək olar.
“Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”, - deyə Prezident əlavə edib.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident